​Lotu Qulinin ad günü məclisinə BASQIN: “EMİSSAR” TUTULDU - FOTO

Baxış sayı:
12460

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində azərbaycanlı qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) doğum günü münasibətilə təşkil olunan məclisə təhlükəsizlik qüvvələri tərəfindən basqın olub.
Publika.az UNİAN agentlyinə istinadən xəbər verir ki, bu haqda Donetsk vilayətinin kriminal polisinin rəhbəri Artyom Kiskonun məlumatında deyilir.
Basqın zamanı bir nəfər saxlanılıb. Bildirilir ki, Gürcüstan vətəndaşı olan “emissar” Lotu Qulinin tapşırığı ilə “oğru nizamı”nın qurulması üçün Ukraynaya gəlmişdi. “Şişki” ləqəbli qanuni oğrudan narkotik götürüldüyü deyilir.
Donetsk vilayətinin polis bölməsinin strateji araşdırmalar idarəsinin tədqiqatçıları və Ukrayna Təhlükəsizlik Xidməti müəyyən ediblər ki, o, başqa soyadla Ukraynaya gəlib, çünki Poltava vilayətində silahlı hücuma görə beynəlxalq axtarışda idi.