"Lotu Quli"ni Yekaterinburqda gözləyirlər - BÖYÜK ZİYAFƏT VERİLDİ
2-11-2017 12:45

"Lotu Quli"nin vaxtından əvvəl həbsdən azad edilməsi Rusiyanın Yekaterinburq şəhərində böyük coşğuyla qarşılanıb.
Muxalifət.az bildirir ki, bu barədə yerli KİV xəbər yayıb.
Məlumata görə, hələ həbsdəykən Ural regionunu meyvə-tərəvəzlə təmin edən 4 saylı bazaya əl qoyan "Quli" ora yeni “smotryayuşi” də təyin edib. Bu, 47 yaşlı Rəhman Abdullayevdir.
Lent.az-ın məlumatına görə, "Quli" həbsdən çıxan gün Yekaterinburqdakı restoranların birində Rəhman Abdullayev tərəfindən böyük bir ziyafət də verilib. Ziyafətdə Abdullayev bəyan edib ki, "Quli" ən qısa zamanda Yekaterinburqa gələcək.