​"Lotu Quli" şah paltarında. Kriminal aləmin "karol”u - "Sxodka"dan FOTO

Baxış sayı:
15709

Uzun müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan "Lotu Quli” ləqəbli Nadir Səlifov gündən-günə nüfuz dairəsini genişləndirir. Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, sərbəst qaldıqdan sonra vahid gücə çevrilən azərbaycanlı "qanuni oğru” artıq kriminal aləmin "şah”ı hesab olunur. Hətta yığıncaqların (sxodka) birində "Lotu Quli”yə şah qiyafəsi də təqdim olunub. Bu isə 45 yaşlı Səlifovun kriminal aləmdə "karol” kimi qəbul edilməsi mənasına gəlir.