“Lotu Quli” Rövşən Lənkəranskinin düşməninə “oğru” adı verdi

Gürcü əsilli kriminal avtoritet Lekso Loquaya yenidən “qanuni oğru” adı qaytarılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2 bundan əvvəl 2 dfə bu tituldan məhrum olunan avtoritetin taclandırılması İstanbulda keçirilib. Ona titulu Nadir Səlifov tərəfdarları ilə birgə qaytarıb.

Xatırladaq ki, Lekso Loqua 2016-cı ildə Rusiya və MDB kriminalitetinin lideri Zaxari Kalaşovun (Şakro Molodoy) göstərişi ilə “qanuni oğru” adından məhrum olunmuşdu. Bu Loquanın Rövşən Canıyev və Georgi Uqlava (Taxi)  “qanuni oğru” adından məhrum edilməsin barədə “proqon” (oğrular arasında sərəncam) imzalamasına görə baş verib.   

2018-ci ildə isə onu mənsub olduğu minqrel klanı “oğru” adından məhrum etmişdi.