“Lotu Quli” məsciddə - FOTO

Baxış sayı:
3124

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun yeni fotosu yayılıb. 

“Yeni Sabah” xəbər verir ki, foto məscidlərin birində çəkilib. 

21 il məhkumluq həyatı yaşayan Nadir Səlifov 2017-ci ildə azadlığa buraxılıb. O, həbsdən çıxdıqdan sonra Türkiyəyə köçüb. Bəzi ehtimallara görə, foto Türkiyədəki məscidlərin birində çəkilib. 

Lakin Nadir Səlifovun hazırda Türkiyədə olmadığı barədə də iddialar var. Onun artıq bir müddətdir ki, Qətərə köçdüyü bildirilir. Bu, onun düşmənlərinin çoxalması və həyatının təhlükədə olması ilə izah edilir. 

Nadir Səlifovun rəqibləri onun qətli üçün 1 milyon dollar mükafat ayırıblar. Bu məlumatdan sonra Nadir Səlifovun Qətərə köçməsi barədə iddia olunur. Lakin bu o qədər də inandırıcı görünmür. Əvvəla, ona görə ki, Nadir Səlifov Türkiyədə daha sərbəstdir. Türkiyə yeraltı dünyasının liderləri ilə dostluq münasibəti onun gücünə əlavə güc qatıb. 

İkincisi, kriminal dünyanın ən güclü klanları Nadir Səlifovu dəstəkləyir və həmin klanların ünlü simaları bu gün Türkiyədə məskunlaşıblar. 

Doğrudur, Nadir Səlifov hansısa işlərilə bağlı Qətərə gedə bilər. Lakin məhz rəqiblərindən qorxduğu üçün Türkiyəni tərk etməsi ağlabatan deyil.