​Lotu Quli Bakıya göndəriləcək... - Detallar

Baxış sayı:
1768

Səlifovun telekonfransla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib.
Rembler.ru saytının yaydığı məlumata görə isə Türkiyədəki qanuni oğru Rusiyadan xərac toplayır. Onun Rusiyanın Kalujsk bölgəsində topdan satışla məşğul olan iş adamlarından xərac aldığı iddia edilib. Səlifovun iş adamlarından telekonfransla xərac topladığı bildirilib.
Türkiyə mediası bildirir ki, Lotu Quli Rövşən Lənkəranskinin (Caniyev) iki il öncə İstanbulda öldürülməsindən sonra gündəmə gəlib. Rövşən Lənkəranskinin öldürülməsindən sonra o, rəqibinin nəzarətindəki əraziləri ələ keçirib.
Türkiyə mediası Lotu Qulinin dindirildikdən sonra Azərbaycana göndəriləcəyi barədə xəbər yayıb.
Qeyd edək ki, Nadir Səlifov Azərbaycan vətəndaşı deyil, Gürcüstan vətəndaşıdır və onun niyə Azərbaycana göndəriləcəyi barədə ətraflı bilgi yoxdur.