​LOTU HİKMƏTLƏ BAĞLI ŞOK MƏLUMAT: O hadisə baş verməsəydi məşhur tarixçi olacaqdı - VİDEO

Baxış sayı:
2127

Oxu24.com xəbər  verir  ki, 1956-ci il  noyabrın  3-də  Sabirabaadın   Kürkənd   kəndində  anadan olub. 1974-cü ildə Xalq   Təsərrüfati   institutunda  təhsil  alarkən   Bakı    şəhər Prokurorluğunun  müstənqinin   oğlu  ilə  dalaşıb və  ilk   məhkumluğunu yaşayıb.  Üç  il  azadlıqdan məhrumedilmə   cəzasına   məhkum   edilib.Cəzasını   Bakıda 5 saylı   İslah  Əmək  Kolonyasinda  və   Xələc   düşərgədində   çəkib. 1981-ciildə yenidən   həbs  olunub.Sabirabadda  “xod” gedənlərdən  birini  biinsafliğına,fağrı incitdiyinə  görə   cəzalandirdiğğndan  7-il   müddətində   azadlıqdan    məhrum edilib. Rostov  düşərgəsində  Mixail  “Kotovski”,Kolya “Lebed”lə tanış  olub  və ən  qatı  “otritsalovka”lardan   birinə çevrilib.Üç   nəfər  oğru   ponyatkalı   dustak kirnizi zonu “qara”ya çeviriblər.Bununla barişmayan düşərgə rəhbərliyi onu dörd dəfə ardicil olaraq on beş sutkalik karserlə cəzalandirib.Dördüncü cəzalanma müddətində aclik aksiyasina başlayib və düşərgədəki bütün dustaklarin ona qoşulmasi ilə işinin üstünə 3 il əlavə olunmasi ilə nəticələnib.”Böyük Qardaş” ləqəbi ilə Novoçerkassk qapali türməsinə göndərilib. Leninqradin “Kresti”kiçmaninda və Vorkuta zonlarinda cəza çəkib. 1997-ci ildə Bakida həbs olunub və iki gün sonra azadliğa buraxilib. 2001-ci ildə cibindən narkotik vasitə heroin “tapilib”və 8 il azadligdan məhrum edilib.Bir il üç aydan sonra əməlində cinayət tərkibi tapilmadiğindan “qapisi açilib” İttifaqda sayilib-seçilən klasshik “VOR”lardan biri olub.Lotu Bəxtiyar,”Yetim”Hüseyn,”Donbalan”Tofik,”Maliş” Söhbət,Viktor Yulyeviç Nikiforov “Kalina”,Otari Kvantrşvili- Paşa,”Sirul”,Slavnik,”Ded”Olim və sair “Qanuni oğrularla dostluq edib.”XX”əsrin ən məşhur oğrulari “kitabinda 169-cu sirada (əlifbaya uyğun)yer alib.Basilava Bəxtiyarin etibar və etimadini qazanan insanlardan biri olub. * * * * * * * * KRASNODARDA “QANUNİ OĞRULAR”ın QURULTAYI KEÇİRİLİB “Sxodka”da “Lotu Hikmət”in qətlinin açılmaması da müzakirə mövzusu olub Mayın 2-də Rusiyanın Krasnodar şəhərində keçmiş SSRİ respublikalarından olan “qanuni oğrular”ın toplantısı keçirilib. Bu barədə stringer.ru saytı xəbər yayıb. Xəbərdə deyilir ki, “qanuni oğrular”ın əsas müzakirə mövzusu son illər qətlə yetirilən “qardaşlar”ın qətlinin açılmaması ilə bağlı olub. Qurultayda çıxış edən kürd əsilli “qanuni oğru” “Ded Xasan” hamıya xəbərdarlıq edib ki, bundan sonra hərə baxdığı sahəyə nəzarəti əldən verməməlidir. Soçi şəhərindəki əksər ticarət və iaşə obyektlərinə nəzarət edən Kolya Paşayevin, Azərbaycanda “Lotu Hikmət”, Rusiyada isə “İkmet Sabirabadski” kimi tanınan “qanuni oğrular”ın qətli və bu qətllərin hələ də açılmaması ciddi müzakirə mövzusu olub. “Ded Xasan”- əsl adı Aslan Usoyevdir - onu da bildirib ki, neçə vaxtdır tutduğu mövqeləri əldən verən “qanuni oğrular” onları geri qaytarmağa cəhd etməyə məhkumdurlar. Saytın yazdığına görə, əslində baş tutan “sxodka” (qurultay) barədə Krasnodar Vilayəti Baş Milis İdarəsi də xəbər tutub. “Çox maraqlıdır ki, bu toplantının qarşısını almaq üçün heç bir tədbir görülməyib. Görünür, milisin həmin toplantıda öz adamları da olub”- deyə sayt yazır. Adıçəkilən qurultayda 260 nəfərin iştirak etdiyi bildirilir. Onların arasında Paşayev soyadlı şəxsin də adı çəkilir. Ancaq çox güman ki, Paşayevdən savayı həmin tədbirdə başqa azərbaycanlılar da iştirak edib.
Anasının israrlı xahişiylə evlənirdi. Heç vaxt çıxmamışdı Həlimə xanımın sözündən. Toya hazırlıq isə uzun çəkmişdi. Hələ bir ay əvvəldən bütün xırdalıqları ölçüb-biçmişdilər. Qərara gəlmişdilər ki, toy iki gün olsun. Birinci gün yerli camaat üçün, ikinci gün kənardan gələnlər. Kənardan gələnlər isə çox deyildi. 30 nəfər ancaq olardı. Amma həmin gün elə məhz o 30 nəfər üçün mütləq məclis qurulmalıydı. Həm də başqa səbəbə görə.
Vorkutadan SSRİ-nin ən amansız həbsxanası olan “Vladimirski Sentral”a etap eləmişdilər Hikməti. Burada bir il qalmışdı. Həbsdən çıxan kimi isə Moskvaya yollanmışdı. Burada onu gözləyirdilər, haqqında eşitmişdilər...
Onu Moskvada “koronovat” elədilər. Hikmətə “oğru” adının verilməsində başlıca rolu isə Lotu Bəxtiyar oynamışdı. Deyilənə görə, taclandırma mərasimində bircə nəfər də Hikmətin namizədliyinə qarşı çıxmayıb. Hətta erməni oğru Sako belə heç bir tərəddüdsüz Bəxtiyarla razılaşıb.
Hikmət klassik “qanuni oğrular” nəslindən idi. Onun keçmiş SSRİ-nin əksər kriminal avtoritetləri ilə münasibətləri vardı. Hətta onların çoxuna təsir imkanları da böyük idi. Təsadüfi deyil ki, bu münasibətlər arasında Vyaçeslav İvankov - “Yaponçik”lə olan dostluğu xüsusi qeyd etmək lazımdır. İvankovla Hikmətin münasibətlərinin sıcaq olmasının bir səbəbi də onların keçmiş SSRİ-nin erməni və kürd qanuni oğrularıyla olan düşmənçiliyi idi. Ded Xasanın rəhbəri olduğu kürd klanının təsir dairəsinin qarşısını “Yaponçik”lə Hikmətin birliyi ala bilirdi. Hətta o da təsadüfi deyil ki, Hikmət və “Yaponçik” öldürüləndən sonra Ded Xasan klanı keçmiş SSRİ-də yeganə kriminal güc mərkəzinə çevrilmişdi. Bu güc mərkəzinə indinin özündə belə təpki göstərən yeganə güc hələ ki, Rövşən Lənkəranski və ətrafıdır...

***

Taclandırılandan sonra da Azərbaycana tez-tez gələn Hikmət ölkədə heç bir “sxodka” və kriminal “razborka”larda iştirak etmirdi. Amma bununla belə hər dəfə Sabirabada gələndə ata evinin qapısının ağzından adam əskik olmurdu. Onun bir sıra rəsmilərlə münasibətlərinin olması da heç kimə sirr deyil. Bu sırada baş nazirin keçmiş müavini Abbas Abbasovun, habelə başqa məmurların da adı hallanır. Təsadüfi deyil ki, 2000-ci ildə qardaşı Fikrətin hüzr mərasiminə yerli icra hakimiyyətinin rəhbərliyi belə təşrif buyurmuşdu.
Yaxın qohumlarının dediyinə görə, Hikmət çox qapalı adam olub. Sirrini ən yaxın qohumu ilə belə bölüşmürmüş. Bütün qərarları təkbaşına verirmiş. Hikmət kimi nüfuzlu kriminal avtoritetlərin qapalı həyat keçirməsi bəzən onlar haqda miflərin, rəvayətlərin yaranmasına gətirib çıxarırdı. Amma yaxın qohumlarından birinin dediyinə görə, indi danışacaqları həqiqətdir:
“Onu təkcə keçmiş SSRİ ərazisində tanımırdılar. Hikmətin İsrail və Yunanıstanla da çox gözəl əlaqələri vardı. Bu ölkələrdəki nüfuzlu kriminal avtoritetlər onu böyük qardaş kimi qəbul edirdilər. İndi bəziləri deyir ki, guya Moskvada, Peterburqda Hikmətin ticarət obyektləri olub, hansısa bazara, restoranlara nəzarət edib, hamısı boş söhbətlərdir. Onun adıyla min oyundan çıxanlar olub, amma o, heç vaxt bazar-dükan məsələlərinə qarışmayıb. Moskvada “Vıxino” bazarı var. Bir dəfə orada alver edən uşaqlar Hikmətə çatdırmışdılar ki, sənin adından burada pul yığılır. Hikmət özü söhbətə qarışanacan “Qorbatıy Ramiz” olub, nüfuzlu avtoritet, həmin adamı elə həmin bazardaca dirəyə bağlayıb çırpmışdı. Çünki Hikmətin adından belə şeylərin yayılması bağışlanmaz idi”.

***

Keçmiş SSRİ-nin kriminal aləmində Hikmətin taclandırdığı xeyli qanuni oğrunun adı keçir. Məsələn, 1993-cü ildə, başqa bir tanınmış qanuni oğru “Juk Rəhim”in ad günündə, Abdullayev Mirseymur Mirteymur oğlu (Seymur Nardaranski) taclandırılır. Bu mərasimdə Hikmətdən başqa Slava Bakinsiki, Karo kimi oğrular itirak edir. Bir neçə ay sonra Abbasov Novruz Müseyib oğlu (Zaur) tac alır. Hikmətlə bərabər Miron, Vladimir Severnının da iştirak etdiyi mərasim Peterburqda baş tutur.
1996-cı ildə Hikmət narkotik daşımaqda ittiham olunaraq həbs edilir. Ona 8 il həbs cəzası verilir. Amma Hikmət həbsdə il yarım qalır. Həbsdən çıxandan dərhal sonra Moskvaya gedir. Moskvaya qayıdandan sonra Çeryomuşka rayonunda yerləşən və onun üçün ayrılan sadə, təmtəraqsız mənzildə yerləşir...
2001-ci ildə Hikmət Soçidəki “Jemçujina” otelində saxlanılır. Yerli polis oteldə “sxodka” keçiriləcəyini eşidib, oranı mühasirəyə alır. Hikmətlə bərabər Seymur Nardaranski, Timur Vanski, Paşa Çiaturski, Karo, Petroviç Kazaxstanskiy, Qoro, Trofa, Mixo, Ştaket kimi qanuni oğruları saxlayan polis, bir gün sonra onları sərbəst buraxır.
Hikmət 2003-cü ilin yanvarın 8-də keçmiş “İnturist” mehmanxanasında həbs edilir. Rəsmi versiyaya görə, onun cibindən 12 qram həşiş tapılır. 8 il həbs cəzası alır. Amma yenə də həbsdə çox qalmır. Bir ildən sonra buraxılır və Moskvaya dönür.
Bundan sonra Moskvaya qayıdan Hikmət daha bir neçə “sxodka”da iştirak edir. Və daha bir neçə avtoriteti taclandırır. Onların arasında Vaqif Süleymanov (Vaqif Bakinski) və Rəhim Ələkbərovu (Roma Odessa) kimi qanuni oğruların adı keçir.
Moskvada belə daim izlənən və təqib olunan Hikmət bu şəhərdə bir neçə dəfə qısa müddətə saxlanılıb. Yerli polis hər dəfə onu miqrasiya qaydalarını pozmaqda ittiham edib.
2004-cü ilin sentyabrında Ağbaş Çingizlə Moskvadakı “Sloboda” restoranında nahar edərkən OMON basqınına məruz qalır. Sən demə, OMON restoranda “sxodka” keçiriləcəyi xəbərini alıbmış. Amma OMON-un təxmin etdiyi “sxodka” iki gün əvvəl “Ostankino” qülləsinin restoranında baş tutmuşdu.
Hikmət Rusiyanın kriminal aləmində çox böyük nüfuza malik olmaqla yanaşı, Moskvadakı azərbaycanlılar arasında da adla tanınan şəxslərdən biri idi. Onu tanıyanlar Hikmətin hamıya eyni dərəcədə xoş gəlməyi bacaran, nəzakətli, dürüst insan kimi xarakterizə ediblər.
2006-cı il aprelin 6-da axşam saat 20.30-da “Sabirabadlı Hikmət” əfsanəsi bitdi. Həmin vaxt tanınmış iş adamlarından birini ofisindən çıxıb “Mercedes-500” markalı avtomobilinə oturarkən atəşə tuturlar. Hikmət gülləbaranda başından və sinəsindən yaralar alır, elə oradaca keçinir. Bu xəbər təkcə Azərbaycanda deyil, bütün keçmiş sovet məkanında geniş əks-səda doğurdu.
Onunla bərabər başqa bir qanuni oğru, Culfalı Bayram da ölür. Maşının sürücüsü Ağdamlı Mürvət isə ağır yaralanır. Sonradan Moskva xəstəxanalarının birində müalicə olunur. Və Rusiyanı tərk edir. Onun harada olduğu indiyədək heç kimə bəlli deyil.
Hikmətin nəşi Sabirabada gətirilir. Böyük izdihamla dəfn edilir.
Yaxın dostu “Yaponçik” belə Moskvadan Bakıya uçur. Amma Bakı aeroportundan Sabirabada buraxılmır. Dəfndə Rusiyadan, Gürcüstandan, Özbəkistandan qanuni oğrular iştirak edir.
Onu torpağa tapşıranlar arasında azərbaycanlı qanuni oğrular “Masallı Mamed” və Yunus da olur. Biz bu adları nahaq yerə çəkmədik. Çünki nə qədər nüfuzlu olsalar da, “Böyük qardaşın” qətlindən sonra Azərbaycanın “qanuni oğru”larının mövqeyi Rusiyada xeyli zəifləyir. Bu qətlin arxasında kimlərin dayandığı haqda hələ də müxtəlif versiyalar dolaşır.
“Hərənin öz həyatı var. Mənim də bəxtimə belə bir tale düşüb. Bilirəm ki, bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum qalmayıb”- deyirdi Hikmət.
Adi bir bıçaqlanma əlaçı tələbə Hikmət Muxtarovun bütün taleyini dəyişmişdi. Amma o, həm də bunu deyirdi:“Həyatda əsas odur ki, qəbirə təmiz adam kimi gedəsən, ondan böyük nemət yoxdur. Mən həmişə demişəm, oğru gərək oğru kimi ölsün".
O, “oğru” kimi öldü...
Amma o, oğru olmaq istəmirdi…