“Lotu Hikmət”in davamçısı sayılan “qanuni oğru” həbsdən belə çıxdı - VİDEO

Baxış sayı:
6013

Kriminal aləmdə "Paşa” adı ilə tanınan azərbaycanlı "qanuni oğru” Pərviz Sabirabadlı 2 gün öncə həbsdən çıxıb.

Muxalifet.az Minval.info-ya istinadən xəbər verir ki, ümumilikdə 18 il həbs həyatı yaşayan Pərvizin "Paşa” kimi çağrılmasının səbəbi həmyerlisi, "qanuni oğru”, kriminal aləmdə böyük hörmət sahibi olmuş Hikmətlə bağlıdır. Belə ki, Hikmət ona Pərviz yox, "Paşa” deyirmiş. Beləcə hər kəs onu "Paşa” deyərək çağırmaya başlayır. Pərvizi Hikmətin davamçısı kimi də tanıyırlar.

Rusiyada yaşayan və orada da məhkum olan Pərvizi həbsxana çıxışında dostları, yaxınları qarşılayıb. Pərviz həm də "qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınıb.