​Lotereya bileti oğurladı - 10 min avro uddu

İtaliyanın Milan şəhərində bir şəxsin oğurladığı lotereya biletlərindən biri uduşlu olub.
Trend-in məlumatına görə, 44 yaşlı şəxs mağazadan bir neçə “poz-qazan” lotereya bileti oğurlayıb.
Onlardan birində 10 min avro məbləğində uduş çıxıb.
Təhlükəsizlik kameralarına düşən şəxs isə qısa müddət sonra polis tərəfindən saxlanılıb.