Los-Ancelesdə kritik vəziyyət: Xəstələri ölümə tərk edəcəklər

Baxış sayı:
1346

ABŞ-ın Los Ancles şəhərində təcili yardım qruplarına həyatda qalma ehtimalı aşağı olan koronavirus xəstələrini müalicə etməmə təlimatı verilib.

Virtualaz.org xəbər verir ki, bu qərar ABŞ-da sərt etirazlara səbəb olub.

Los Anclesin səhiyyə rəsmiləri şəhərdə pandemiya nisbətində kritik artış olduğunu bildiriblər. Rəsmilərin dediyinə görə, şəhərdəki xəstəxanalarda boş çarpayı olmaması səbəbindən belə bir qərar veriblər. Qeyd edək ki, Los Anclesdə xəstə sayı 800 minə yüksəlib.

Xəstələrin 21 faizi reanimasiyaya yerləşdirilib.