Los-Ancelesdə həyəcanlı anlar: Bayden qalib gələrsə, kütləvi ölümlə təhdid edən şəxs tutuldu

Baxış sayı:
1783

ABŞ-ın Los-Ancelesdəki terrorla mübarizə əməkdaşları demokrat namizəd Co Baydenin prezident seçkilərində qalib gələcəyi təqdirdə qırğın törətməyi vəd edən bir nəfəri tutublar.

“Los Angeles Times” qəzetinin yazdığına görə, o, Bayden qalib gələrsə, kütləvi qətllər törədəcəyi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edib.

Həmin şəxs eyni zamanda, bütün demokratları “aradan götürməyə” çağırıb.

Hadisə ilə bağlı araşdırma aparılır.