Londonun ən zəngin adamı rus oldu

Baxış sayı:
8230

“Forbes” jurnalı “Alfa-qrup”un təsisçisi və Lüksemburqun “Letterone” holdinqinin ən böyük səhmdarı olan Mixail Fridmanı Londonun ən zəngin adamı seçib.
Muxalifet.az xəbər verir ki, nəşrin ekspertləri dünyanın ən zəngin insanlarının yeni qlobal reytinqi əsasında hansı şəhərlərdə daha çox milyarderin olduğunu hesablayıb, həmin şəhərlərin ən zəngin insanlarının adlarını açıqlayıb.
Ümumi sərvətləri 226 milyard dollar olan 55 milyarderin yaşadığı Londonun ən zəngini 15 milyard dollar sərvətə sahib rusiyalı Mixail Fridman olub.
Fridman bu titula ilk dəfə yiyələnib. Buna qədər isə həmin titulu “Access İndustries”in sahibi Leonard Blavatnik daşıyıb.
“Forbes” budəfəki reytinqdə Blavatnikin daimi yaşadığı yeri Nyu York şəhəri göstərib.