Londonu etirazlar bürüdü - ON MİNLƏRLƏ İNSAN NÜMAYİŞ KEÇİRİR

Baxış sayı:
7966

İngiltərənin paytaxtı Londonda on minlərlə insan küçələrə çıxaraq Brexit müqaviləsinin təsdiqlənməmişdən əvvəl referendumda səsverməyə çıxarılmasını tələb edir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mitinq iştirakçıları parlamentdə Brexit müqaviləsi üzrə müzakirələrin keçirildiyi zaman Vestminster ərazisində etirazlarını davam etdirəcəklərini bildiriblər.

Təşkilatçılar etirazçılardan İngiltərənin Baş Naziri Boris Consona və Avropa İttifaqı liderlərinə, Böyük Britaniya və Avropa Parlamentlərinin üzvlərinə ünvanlanmış məktubu imzalamalarını xahiş ediblər. Məktubda Brexit prosesinin tamamlanması prosesinə nəzarət etmək üçün icazə tələb olunur.

Brexit tərəfdarları isə bu gün Mançesterdə yürüş keçirəcəklər.