LONDONDAN İSTANBULA "BÖYÜK TƏKLİF" / TƏHLİL

Baxış sayı:
2641

Tarixə nəzər salsaq, hər müharibənin arxasında duran əsl həqiqətin "pul" olduğunu görmək olar. Motivasiya fərqli olsa da, hədəf puldur! Hazırda dünyanı silkələyən pul! Yalnız biz bilmirik, görmürük ... Halbuki Vaşinqtondan Pekinə uzanan oxa baxdıqda, müharibənin və pulun yan-yana olduğu asanlıqla görülür ...
Pulun ürəyi olan City of London ilə Dərin Amerikanın müharibəsini çatdırmağa çalışaq.
Bu iki nöqtə - dünya ağalarının səviyyəsidir! Biri silahı, digəri pulu əlində tutur ... Və hər iki gücün də çox vacib oyunçuları var ...
Türkiyənin əhəmiyyətini və rolunu anlamağa cəhd edək...
City of London, Türkiyə ilə tərəfdaşlıq istəyir. Bu aydındır!
2015-ci ildən bəri City od London "İslam Maliyyəsi" nə böyük sərmayə qoyur.
7 nəfərdən ibarət türk komandası Londonda "İslam Maliyyəsi" sistemini qurdu. Maliyyə sahəsində son dərəcə nüfuzlu olan 7 nəfərlik komanda, İngiltərənin İslam dünyasında nüfuzunu artırdı...
İndi ikinci fazaya keçildi.


City of London, Türkiyə ilə 'nəhəng ortaqlıq' üçün dövrədə
Rotşild ailəsinin ən əhəmiyyətli mütəxəssislərindən biri olan City of Londonun sabiq rəhbəri Sir Andrew Parmley, Türkiyəni çox yaxşı tanıyan və ortaqlığı istəyən biridir. Artıq rəsmi olaraq City of London ilə əlaqəsi olmasa da, 2017-ci ildə İstanbulda bir neçə gün keçirdi. İstanbula səfərindən bir neçə həftə əvvəl İngiltərənin ən əhəmiyyətli iş adamları ilə görüşdü.
İslami Maliyyə mövzusunda Türkiyənin əhəmiyyətini, bölgədəki gücünü izah etdi.
Hamısı Parmleyə bu layihəni dəstəklədiklərini söylədi.
15 min maliyyə təşkilatına ev sahibliyi edən London şəhəri, gündə 3 trilyon dollar əməliyyat həcmi ilə diqqət çəkir. Bu rəqəm bir çox ölkələrin başa düşməyəcəyi qədər böyükdür.
İndi BREXIT ilə İngiltərə İslam dünyasına doğru üzür. Partnyoru də Türkiyədir.
Çünki İslam dünyasında rol oynayacaqsansa Türkiyə olmadan əsla olmaz! Bu səbəbdən Türkiyə ilə Aralıq dənizində başlayacaq böyük ortaqlıq, Yaxın Şərq və Afrikada böyüyəcək. Bu günə qədər İslami maliyyə 5,7 trilyon dollara hakimdir.
İngiltərə də yeni dövrdə Türkiyə ilə birlikdə böyük layihələrə imza atacaq. London şəhəri bunu çox istəyir.
BREXIT-in əsaslarından biri də bu motivasiyadır. Çürüyən və geri qalan Avropadan qopub Türkiyə ilə yeni səhifə açmaq, yeni coğrafiyalara süzülmək ...
Təbii burada Türkiyə ilə qarşıdurma halında olan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı problemi gözə dəyir. Əlbətdə ki, ABŞ-da Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyan və Səudiyyə vəliəhd şahzadəsi Salmanın həyatı prinsiplərinin ABŞ-da olması vacibdir. Salman və Nahyan hər səhər yenidən oyandıqları zaman sağ olduqları üçün xoşbəxt olurlar. Gizlətməyə ehtiyac yoxdur, ABŞ-dakı bir neçə çox vacib insanın sadəcə barmaq işarəsi ilə bu dünya ilə bağı kəsiləcək iki insan haqqında danışırıq. Bu medalyonun digər tərəfidir.

Camal Qaşıqçı hadisəsi son dayanacaqdan əvvəlki xəbərdarlıq idi!
Nahyan və Salman, keçən il Ceykob Rotşildə ABŞ-a etibar etmədiklərini və Londonla birgə yol almaq istədiklərini çatdırdılar. Ancaq başa düşdüyümüz kimi Rotşild ailəsi bu iki insanın həyatına zəmanət vermədi. Əslində nə Vaşinqton, nə də London Nahyan və Salmana inanmırlar.
Nahyan və Səlman da qlobal dünyada qarşılığı olan və Vaşinqtonun işinə yarayan Türkiyə düşmənçiliyini artırır.
Tamamilə süni sistem üzərinə qurulan Türkiyə düşmənçiliyi var.
Hələ Abu Dabidə güclü olan Şeyx Abdullah Bin Zayed Əl Nahyan Ərdoğana heyrandır. Çox vacib bir lider olduğunu və onunla birgə getmək istədiyini dəfələrlə təkrar etdi.
Əslində, Abu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyanın da Ərdoğana qarşı şəxsi yaxınlığı var. Bu barədə tez-tez danışdığı məlumdur ...
Ancaq Vaşinqton o qədər güclüdür ki, sistem qəfildən tərsinə çevrildi. Çünki Abu Dabi ilə Türkiyənin arası yaxşı olarsa, Səudiyyə Ərəbistanının bölgədə hökmü qalmayacaq.
Vaşinqton Nahyan və Salman arasında ittifaq qurdu. Təbii ki, zorla... O ittifaqı güclü tutan da Türkiyə əleyhdarlığıdır. Əgər İngiltərə Türkiyə ilə ortaqlıqdan imtina etsə, Nahyan ilə Salmanın Türkiyə ilə əlaqədar isti mesajlarını görə bilərik.
Yaxın Şərq, tarazlıqların çox tez dəyişdiyi coğrafiyadır. Buna görə, başçıların çox tez dəyişdirildiyi bir coğrafiyada ittifaqlar uzunmüddətli olmayacaq. Ən azından indiyə qədər belə olmadı.
Türkiyə ilə Qatarın ciddi əlaqələri, əvvəllər Londonda belə narahatlığa səbəb olurdu. Ancaq indi London da bu birliyi dəstəkləyir.
Vaşinqton Abu Dabi, Səudiyyə Ərəbistanı və Qətəri bir araya gətirə bilsəydi, bu gün çox fərqli olardı. Çox həmlə gördük, amma heç bir təsiri olmadı.
Sheffield Siyasi İqtisadiyyat Araşdırma İnstitutunun bütün hesabatlarında Türkiyə-İngiltərə ortaqlığında, Londonun "İslami Maliyyə" mövzusunda ən əhəmiyyətli ölkə halına gələcəyini göstərir. BREXIT ilə birlikdə ABŞ-a yaxın olan banklar və maliyyə qurumları Londondan 800 milyard dollar çıxardı, lakin Londonun bundan təsirlənməsi gərəkərkən, Rotşild ailəsi fərqli ölkələrdən Londona 438 milyard dollar gətirdi. Bu səbəbdən Dərin Amerikanın BREXIT ilə planlaşdırdığı mənfi təsir reallaşmadı.

Beləliklə, dünyada iki mərkəz var! Vaşinqton və London... Vaşinqton “silahın üstünə pul da qoyaraq” gəlmək niyyətindədir. Göstəricilər ortada ... London isə böyük ağılla gedib Türkiyə kimi “açar gücü” yanına almaq üçün mübarizə etməkdədir ...
ABŞ onsuz da bunun üçün növbədədir. Türkiyə daxili və xaricində səhnəyə çıxan adlara də belə baxın! Hər kəs bir “mərkəzə” yaxındır. Güc bu iki nöqtədən birindədir. Bu iki nöqtə əməkdaşlıq üçün üstüörtülü döyüşürdü. İndi işlər dəyişdi. CORONAVIRUS bu səbəbdən vacibdir. Çinin vəziyyəti valansın necə dəyişəcəyini göstərəcək ...
İdlib Orta Asiyanın gələcəyini formalaşdıracaq ...
Böyük hadisələrin yaşanacağı zaman kəsiyindəyik ... Çox şey olacaq ... Amma ən təpəyə çıxıb baxdığınızda Türkiyəsiz olmayacağını görün.
Ergün Diler, "Takvim" 
Muxalifet.az