​Londonda zəhərlənmiş Skripalın qanı ekspertizaya göndərilib – MƏHKƏMƏ QƏRAR VERDİ

Baxış sayı:
3004

Britaniya məhkəməsi Rusiyanın sabiq xüsusi xidmət zabiti, polkovnik Sergey Skripaldan və qızından qan nümünələrini götürülməsinə icazə verib.
Muxalifət.az strateq.az-a istinadən xəbər verir ki, bu nümunələr qadağan edilmiş kimyəvi silahlar üzrə Təşkilatın ekspertizasına göndəriləcək. Skripal və qızı komada olduğu üçün özlərindən razılıq almaq mümkün olmayıb. Odur ki, bu barədə qərarı məhkəmə qəbul edib. Həkimlər zəhərlənmiş hər iki şəxsin vəziyyətinin ağır, lakin stabil olduğunu deyiblər.
Britaniya zəhərlənmə qalmaqalına görə Rusiyanı ittiham edir. Hər iki ölkə arasında münasibətlər gərgindir. Moskva bu ittihamı rədd edib.