Londonda TERROR? – Avtomobili kütlənin üzərinə sürdülər

İngiltərənin paytaxtı Londonda naməlum şəxsi avtomobil insanları üzərinə sürüb.
 
Hadisə London Milli Tarix Muzeyinin qarşısında baş verib.
Naməlum şəxs avtomobili piyadaların hərəkət etdiyi səkidə hərəkət edib və qarşısına çıxanı əzib Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.
Polis hadisəni törədən şəxsi yaxalayıb.
Hazırda insanlar ərazidən uzaqlaşdırılır.