Londonda müsəlmanlara qarşı qisas hadisəsi?

Baxış sayı: 30

 Londonun şimal-şərqində naməlum sürücünün furqonu axşam namazından sonra məsciddən çıxanların üzərinə sürməsi nəticəsində 10-dan çox insan xəsarət alıb.
 
Bu barədə "Daily Mail" məlumat yayıb.
İnsidentdən dərhal sonra yerli sakinlər sürücünü tutaraq polisə təhvil veriblər. Hadisə şahidləri insidentdən sonra bir neçə nəfərin yerdə hərəkətsiz qaldığını iddia edirlər.
 Böyük Britaniyanın baş naziri Tereza Mey bu gücə Londonda  baş verən hadisəni dəhşətli insident adlandırıb.
 Bu barədə “Sky News” telekanalı xəbər verib.
 “Bu dəhşətli insidentdir. Düşüncələrim yaralılar və onların yaxınlarının yanındadır”, deyə T.Mey bildirib.