Londonda müsəlmanlara hücum edən bəlli oldu

Baxış sayı: 189

 İyunun 18-dən 19-na keçən gecə Finsbury Park Məscidinin yanında səkidə piyada gəzən müsəlmanları avtofurqonla vurmaqda şübhəli qismində saxlanılan şəxsin 47 yaşlı Darren Osborne olduğu məlum olub.
 
Bir nəfərin ölümü və 10 nəfərin xəsarət alması ilə nəticələnən hücumdan sonra Baş nazir Theresa May "terror hücumunun son zamanlar Britaniyada baş vermiş digər hücumlar kimi iyrənc olduğunu" deyib.
Baş nazir Londonun şimali Finsbury Park ərazisində baş verən hücumdan sonra çıxış edib.
Finsbury Park Məscidinin yaxınlığında Seven Sisters küçəsində yerləşən Müsəlman Rifah Evinin önündə bir nəfərin avtofurqonu piyadaların üstünə sürməsi nəticəsində bir adam həlak olub, on nəfər yaralanıb.
Darren Osborne-un Birləşmiş Krallığın tərkibində olan Uells-in paytaxtı Cardiff şəhərində yaşadığı deyilir. Hazırda polis Cardiff-də yerləşən bir evdə axtarış aparır.
Finsbury Park məscidi yaxınlığında baş vermiş hadisəni polis "terror hücumu" adlandırıb. Hücum nəticəsində 8 adam xəstəxanaya aparılıb.
Polis deyib ki, hücum qurbanlarının hamısı müsəlmandır.
Baş nazir Theresa May sürücünün hücumu təkcə yerində yetirdiyini deyib və əlavə edib ki, "bu cür nifrət və pislik heç zaman qələbə qazanmayacaq".
Xanım May hadisənin baş verməsindən 8 dəqiqə sonra polisin onu terror aktı elan etdiyini vurğulayıb və bunun "müsəlmanlara, onların ibadət yerinin yanında bir hücum" olduğunu qeyd edib.
"Uzun illərdir ki, ekstremizmə qarşı həddindən artıq dözümlülük nümayiş etdirilib", o əlavə edib.
"Bu bizə terrorçuluğun, ektremizmin və nifrətçiliyin özünü müxtəlif formalarda göstərdiyini xatırladır və bu özünü necə formalaşdırmasından asılı olmayaraq, biz ona qarşı eyni şiddətlə mubarizə aparmalıyıq".
 
Müsəlman kişilər avtofurqon hücumundan sonra küçədə ibadət edirlər
 
Britaniya Müsəlman Şurası (MCB) deyib ki, avtofurqon bilərəkdən dindarları vurub.
Hadisə şahidi Abdul Rahman-ın təbirincə, sürücü "bütün müsəlmanları öldürmək istədiyini" deyirdi.
Abdul Rahman BBC-ə deyib ki, o, hücum edən kişini vurub və onu tutmağa kömək edib.
"Həmin kişi, "Müsəlmanları öldürmək istəyirəm" sözlərini deyərək, maşınından çıxıb və qaçmaq istəyib", - Abdul Rahman bildirib.
"Mən onu qarnından vurdum….sonra mən və başqaları... biz onu yerə yıxıb qaçmağa qoymadıq. Biz onu polis gələnə qədər saxladıq", - Abdul Rahman deyib.
Terrorizmlə mübarizə əməkdaşları hadisə yerindədir, paytaxt polisi bildirib.
Ehtimal edilir ki, zərərçəkənlərin çoxu Müsəlman Rifah Evində Ramazan orucunu açıdıqdan sonra axşam namazından çıxırmış.

Xəritə
Digər dini icmalar nə deyib?
İngiltərə kilsəsini lideri Canterbury Arxiyepiskopu Justin Welby hücumu "qəddar və əxlaqsız" adlandırıb.
"Bir ölkə olaraq qorxusuz ibadət etmək bizim dəyərləndirdiyimiz və illərlə qurban verərək qazandığımız hüquqlarımızıdan biridir," o, deyib.
"Finsbury Park-da müsəlmanlara qarşı bu dəhşətli hücum bizim hamımıza və ölkəmizin mədəniyyətinə və dəyərlərinə bir hücumdur".
Avropa Yəhudi Konqresi müqəddəs Ramazan ayında baş verən hücumu "insafsız" olduğunu deyib.
Təşkilatın prezidenti doktor Moşe Kantor deyib: "Biz bu hücumu və onun Britaniyada gərginliyi artırmağa yönələn cəhdini qınayırıq və hücumdan sonra müsəlman bacı və qardaşlarımızka birlikdə dururuq".
"Bir dinə hücum bütün dinlərə hücumdur və bütün dinlər terrorçuluğa qarşı birlikdə dayaq olmalıdırlar."
Britaniya Müsəlman Şurası hadisəni "İslamofobiyanın zorakı təzahürü" adlandırıb və məscidlərin ətrafında əlavə təhlükəsizlik tədbirlərinin görülməsi üçün çağırış edib.
Baş nazir bu gün hadisə ilə bağlı çağrılmış fövqəladə iclasa sədrlik edəcək. O, hücumu "dəhşətli hadisə" kimi qiymətləndirib.
London Meri Sadiq Khan icmaları sakitləşdirmək üçün əlavə polis cəlb edildiyini deyib.
O, həmçinin insanlardan "sakit və sayıq olmağı" istəyib.
"Biz hələ tam detalları bilmirik, amma aydındır ki, bu, günahsız Londonlulara qarşı düşünülmüş hücumdur", o deyib.
"Bu xüsusi bir icmaya hücum kimi görünsə də, Manchester, Westminster və London Körpüsünə dəhşətli hücumlar qədər tolerantlıq, azadlıq və hörmət kimi bütün ortaq dəyərlərə hücumdur", o əlavə edib.
Avtofurqon sürücüsü hadisə yerində bakı vaxtı ilə 03.20-də ictimaiyyət nümayəndələri tərəfindən saxlanıldıqdan sonra həbs olunub.
Təhlil
Dominic Casciani, BBC-nin daxili işlər müxbiri
Bu, Britaniyada müsəlmanların hədəfləndiyini ilk terrora bənzər hücum deyil və bütün dəlillər bunun elə terror aktı olduğuna işarə edir.
Son illər ifrat sağçı qrupların yaratdığı təhlükə getdikcə artıb. Bu ilin əvvəlindən mart ayına qədər baş vermiş terrorçuluq həbslərinin 16 faizi "yerli ekstremizm" kimi təsnifləşdirilib.
İşgəncəyə əl atan şəxslərin əksəriyyəti məscidləri hədəfə alıb.
2013-cü ildə ifrat sağçı bir ukraynalı kişi bir yaşlı müsəlman babanı qətl etdikdən sonra 3 məscidi bombalamağa cəhd edib.
2014-cü ildə İngiltərənin şimal-qərbindən bir kişi partlayıcı hazırlamağı və hədəfə alınacaq məscidləri araşdırdığı üçün 10 il azadlıqdan məhrum edilib.
Keçən ilin dekabr ayında isə daxili işlər naziri, üzvləri zor tətbiqi planlaşdırmaqda ittiham olunan "National Action" qrupunu qadağan edib.