Londonda həyəcan: Silahlı adam məscidə girməyə çalışdı

Baxış sayı:
11455

 İngiltərənin paytaxtı Londonda silahlı bir şəxs məscidə girməyə çalışıb. Şübhəlinin içəri girməsi camaat tərəfindən əngəllənib və məscid təhlükəsizlik xidməti silahlı adamı nəzarət altına alıb.
 
 London polisi silahlı bir şəxsin yerli vaxtla 22.45-də şəhərin Ilford bölgəsində yer alan “Seven Kings” Məscidinə girməyə çalışdığına dair bildiriş aldığını bəyan edib.
Yerli mətbuat silahlı və maskalı olduğu bildirilən adamın içəri girməsinin camaat tərəfindən qarşısının alındığını və bu zaman bir dəfə silah səsi eşidildiyini yazıb.
Xəbərə görə, hadisənin gecə namazı əsnasında meydana gəldiyi, məscidin bölgəyə sövq edilən silahlı polislər tərəfindən təhlükəsizlik altına alındığı qeyd edilib.
Müxalifət.az