​Londonda bu küçəyə "Qaşıqçı" adı verildi - Foto

Baxış sayı:
2287

Beynəlxalq Əfv Təşkilatı Londonda Səudiyyə Ərəbistanı səfirliyinin yerləşdiyi küçəyə İstanbul Baş Konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının adını verib.
Muxalifet.az xəbər verir ki, təşkilatın London nümayəndəliyi küçənin adı olan hissəyə “Qaşıqçı küçəsi” yazılan lövhə asaraq öz etirazını bildirib.
Təşkilatın üzvlərindən Xristian Venedikt Qaşıqçının sevənlərinə dəstək olduqlarını deyib:
“Camalın öldürülməsindən 1 ay keçdi. Onun dostları və ailəsi ilə həmrəyliyimizi göstərməyə çalışırıq. Səudiyyə rejiminin öz-özünü araşdırmasına güvənə bilmərik”.
Qeyd edək ki, 1961-ci ildə Böyük Britaniyada yaradılan Beynəlxalq Əfv Təşkilatı qeyri-hökumət təşkilatıdır.