Londonda 7 mərtəbəli bina yanır

Baxış sayı:
2842

Londonun şərqindəki Barkinq rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə yüzdən çox yanğınsöndürən cəlb olunub.
Muxalifet.az-ın verdiyi xəbərə görə, 15 yanğınsöndürən maşın və 100-dən çox yanğındanmühafizə xidmətinin əməkdaşı Barkinqdə, De Pass Qardens küçəsindəki yanğının söndürülməsinə göndərilib.
Bildirilir ki, hazırda yanğın binanın bütün 7 mərtəbəsini bürüyüb. Yanğının səbəbləri hələ ki məlum deyil.