​London metrosunda həyəcan: təxliyə başladı - Səbəb

İngiltərənin paytaxtı Londonda "Oksford Circus" metro stansiyası silahlı polislərin nəzarəti altında təxliyə edilib.
Muxalifet.az xəbər verir ki, vətəndaşların təxliyə edilmə səbəbi barədə məlumat verilməyib.
Şahidlərin sözlərinə görə, insanlar hadisə yerindən səs-küy salaraq uzaqlaşıb. Təxliyənin terror və yaxud iki silahlı qrup arasında atışma ehtimalı ilə bağlı həyata keçirildiyi şübhəsi yayılıb.