​Lombard sahibi olan DÜRRƏ QANDALLANDI - 300 minlik məsələ

Baxış sayı:
5035

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
O, 5 il 6 ay cəza alıb. Barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, prokuror Dürrə İsmayılovanın 8 il azadlıqdan məhrum edilməsini, zamində olduğundan barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbs olunmasını təklif etmişdi.
İttihama görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Dürrə İsmayılova saxlanılıb.
Xətai rayonu ərazisində lombard işlədən Dürrə İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur./Teleqraf/