"Lokomotiv" - "Yuventus" oyunu azərbaycanlı hakimlərə tapşırıldı

Baxış sayı:
7604

FİFA referisi Rauf Cabarov yeni təyinat alıb. Belə ki, o, noyabrın 6-da Moskva şəhərində keçiriləcək UEFA Gənclər Liqasının "Lokomotiv” (Moskva, Rusiya) – "Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.