Lənkəranskinin ən yaxın adamı İtaliyada vəfat etdi - FOTO

Baxış sayı:
8002

Məşhur “qanuni oğru”, “Cemo Tbilliskiy” ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib. 
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb.
Məlumata görə, “Cemo” kimi atası, “Arsen” ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. “Cemo”nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.
“Cemo” kriminal aləmdə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından biri kimi tanınırdı.