Lənkəranda yürüş keçiriləcəyi barədə yalan məlumat yayanlar saxlanıldı

Baxış sayı:
286

Lənkəranda bir qrup şəxs düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə saxta profillər və ani mesajlaşma sistemlərində qruplar yaradaraq həqiqətə uyğun olmayan çağırışlar edib. Bununla da həmin şəxslər tərəfindən Lənkəran şəhəri ərazisində yürüşün keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər qısa zamanda müəyyən olunub və onlar saxlanılaraq şöbəyə gətiriliblər. Polis şöbəsində həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlara ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdərən 3-cü yetkinlik yaşına çatmayanlardır.