Lənkəranda polis əməkdaşları ağır qəzaya düşüblər - YENİLƏNİB

Mercedes markalı minik avtomobili dərəyə aşıb
 
Lənkəranda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Qəzaya uğrayana avtomobilil sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar.
Qəza baş verərkən avtomobildə 6 nəfər olub. Onlardan 4 nəfəri ağır xəsarət alsa da, ikisinin vəziyyəti normaldır.
Qəza zamanı xəsarət almış şəxslərin adları:
Məmmədli Vüsal Rüstəm oğlu (1984)
Rzayev Əlizamin Xəraqət oğlu (1986)
Məmmədov Elşad Mehdi oğlu (1983)
Niftiyev Fərrrux Minəxan oğlu (1988)
*** 22:16
Lənkəranda beş nəfərin yaralandığı ağır yol qəzası baş verib.
Hadisə Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günehir yolunda baş verib. Mercedes markalı minik avtomobili dərəyə aşıb. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparırlıb. Onların üçünün vəziyyəti ağır, ikisinin isə orta ağırdır./report