Lənkəranda məktəblilər qəza törətdi: 4 ŞAGİRD YARALANDI

Lənkəranda məktəb şagirdləri qəza törədib. 
Report-un xəbərinə görə, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib. 
Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad. Yaralılardan biri sürücüdür. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir. 
Faktla bağlı araşdırma aparılır.