Lənkəranda kütləvi dava: İKİ NƏFƏR BIÇAQLANDI - YENİLƏNİB

Lənkəranda iki nəfərin bıçaq xəsarət alması ilə nəticələnmiş kütləvi davanın təfərrüatları məlum olub.
Hadisə rayonun Ləvəngi dairəsində baş verib.
Belə ki, Ləvəngi dairəsinə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava olub. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb.
Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb. 
  
***01:50
Lənkəranda baş vermiş dava zamanı 2 nəfər bıçaq xəsarətləri alıb.
Hadisə rayonun Ləvəngi dairəsində baş verib.
Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Paşayev Emin Qurban oğlu və 1990-cı il təvəllüdlü Qafarzadə Elvin Güloğlan oğlu bıçaq zərbələri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.