​Lənkəranda EV YANDI

Lənkəranda yaşayış evində yanğın olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə ,hadisə rayonun Göyşaban kəndində qeydə alınıb. Kənd sakini İltimas Əsgərova məxsus iki mərtəbəli  yaşayış evində anidən yanğın baş verib. Dərhal hadisə yerinə FHN-in Lənkəran Yanğından mühafizə hissəsinin iki yanğınsöndürən avtomaşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Ümumi sahəsi 200 m2 dan artıq olan evin 40 m2 yanıb, qalan hissə yanğından mühafizə edilib. Yanğının baş vermə səbəbləri məlum deyil.
Fakt araşdırılır