​Lənkəranda 4 otaqlı EV YANDI

Lənkəran rayonunda 4 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Boladı kəndində ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.​