Lənkəranda 4 kənd yağış suları ilə dolub, 63 nəfər təxliyə edilib - YENİLƏNİB

Baxış sayı:
3184

Bu gün səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub.

Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 63 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 

*   *   *13:17

Ölkədə son günlər yağan leysan cənub bölgəsində də çətinliklər yaradıb.

Lənkəranın bəzi kəndlərində yağış suları evlərin zirzəmisinə daxil olub, yollarda gölməçələr yaradıb. Normadan artıq yağış yağan rayonlarda avtomobillərin hərəkətində də problemlər müşahidə olunub.

Videodakı görüntülər Lənkəranın Yuxarı Nüvədi kəndində çəkilib.