Lənkəranda 27 yaşlı oğlan İNTİHAR ETDİ

Lənkəran sakini intihar edib. 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xarxatan kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Eldar oğlu Babayev özünü tövlədə asıb. 
İntiharın səbəbləri hələlik məlum deyil. 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.