​Lənkəranda 19 yaşlı gəncin boğazını kəsdilər

Baxış sayı:
2296

Lənkəranda 19 yaşlı gəncin boğazı kəsilib.
Muxalifet.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 19 yaşlı gəncin boğaz nahiyəsindən kəsilərək xəsarət alması barədə məlumar verilib.
Lənkəran şəhər Zərifə Əliyeva küçəsi 78/10 mənzil 1 ünvanına gələn həkimlər Yaqubzadə Əli İlham oğluna ilkin tibbi yardım göstərdikdən sonra qanaxmanı dayandırmaq mümkün olub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onun üzərində əməliyyat aparılır.