Lənkəranda 15 yaşlı yeniyetməni avtomobil vurub

Lənkəran rayonunda 15 yaşlı yeniyetməni avtomobil vurub.
 
Rayonun Şirinsu kənd sakini, 2002-ci il təvəllüdlü Fuad Cəbrayıl oğlu Əlizadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı Lənkəran Diaqnostika Mərkəzində müayinədən keçirildikdən sonra mərkəzi xəstəxanaya aparılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir.
Faktla bağlı araşdırma aparılır.