​Ələkbərov iki aya 2 MİLYARD QAZANDI: Rusiya birincisi

Baxış sayı:
2689

2018-ci ilin ilk iki ayı ərzində 27 rusiyalı milyarderin sərvəti 11,4 milyard dollar artıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Agentlik iki ay ərzində ən çox gəliri “Lukoyl”un rəhbəri Vahid Ələkbərov əldə etdiyini vurğulayıb. Onun sərvəti 1,96 milyard dollar artaraq, 14,5 milyard dollara çatıb.
V.Ələkbərovdan sonrakı yeri 1,05 milyard dollar gəlirlə “Yevroxima”nın sahibi Andrey Melniçenko tutub. Onun sərvəti 14,9 milyarda qalxıb.
İlk üçlüyü 1,01 milyon dollar gəlirlə “USM Holdinq”in rəhbəri Əlişir Usmanov (ümumi sərvəti 15,5 milyard) tamamlayıb.