​Əliyevdən Trampa: "Bu, məni son dərəcə..."

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Başsağlığında qeyd edilir: "Hörmətli cənab Prezident, Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".