​Əliyev-Ərdoğan görüşündə İLK YAŞANDI - VİDEO

Baxış sayı:
3303

Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyip Ərdoğanla görüşmək üçün Beştəpədəki iqamətgaha gəlib.
 
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ərdoğan Prezident İlham Əliyevi rəsmi mərasimlə qarşılayıb.
Ərdoğan Prezident İlham Əliyevi Prezident İqamətgahının ana girişində qarşıladı. 21 top atışı fonunda Azərbaycan və Türkiyə himnləri səslənib. İlham Əliyev Mühafizə Alayını “Salam əsgər” deyərək salamlayıb. Mərasimdə tarixdə mövcud olan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer alıb.
Mərasimdə ansambl ilk dəfə “Can Azərbaycan” mahnısını ifa edib. Mərasimin ardınca liderlərin görüşü başlayıb.