“Liviyaya ordu göndərməkdənsə, qardaş Azərbaycanın torpaqlarını xilas edək” - TÜRK MİLLƏT VƏKİLİ

Baxış sayı:
2071

Türkiyənin Böyük Millət Məclisinin üzvü, İYİ Partiyadan olan millət vəkili Altun Çıray ölkəsinin Liviyaya hərbçi göndərməsi qərarının müzakirə edildiyi iclasdakı çıxışı zamanı deyib:

“Möhtərəm prezidentimiz “Dəvət edildiyimiz yerə gedərik” deyir. Bu məntiqlə dəvətə nə ehtiyac var? Qardaş Azərbaycanın torpaqlarının 20%-işğal  altındadır, haydı qalxın, əvvəlcə gedib oranı xilas edək. Gerçəklər və mənfəətlər var. “Barış Bulağı Əməliyyatı”nı dəstəklədik, nə oldu? Aslanlar kimi irəliləyən türk ordusunu bir “tvit”lə dayandırdınız. Bu qədər mühüm layihəni müzakirə edirik deyirsiniz, lakin burada bir nazir belə yoxdur, ayıbdır. İndi əhali soruşacaq ki, Liviyada nə işimiz var? Yeni dərdlərə ehtiyacımız varmı? Şərqi Aralıq dənizində bu qədər dərd var ikən ordunun gücünü niyə ikiyə bölürsünüz?”

Bəlli olduğu kimi, Türkiyə Böyük Millət Məclisi yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsinə icazə verən qətnamə qəbul edib. Liviya Milli barışıq hökumətinin xahişi əsasında prezident R.T. Ərdoğanın göstərişi ilə hazırlanan qətnamə layihəsinə 325 deputat dəstək verib, 184 deputat isə qətnamənin əleyhinə səs verib./Hurriyyet.org