Liviyada qarşıdurmalar yenidən alovlandı

Baxış sayı:
4591

Liviyanın paytaxtı Tripolinin cənubunda Xəlifə Haftara tabe olan qüvvələrlə Milli Həmrəylik Hökuməti arasında qarşıdurmalar yenidən alovlanıb.
Muxalifet.az xəbər verir ki, tərəflərin Tripoli hava limanı uğrunda mübarizə apardığı bildirilib.
Adının açıqlanmasını istəməyən təhlükəsizlik qüvvələrindən biri açıqlamasında Haftar qüvvələrinin hücuma keçdiyini, ancaq daha sonra geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib.
Qeyd edək ki, Liviya Milli Həmrəylik Hökuməti ilə Xəlifə Haftarın tabeliyindəki qüvvələr arasında iki gün ərzində heç bir qarşıdurma baş verməyib.