Liviyada gizli əməliyyat: ABŞ SƏFİRİNİN QATİLİ ƏLƏ KEÇİRİLDİ

ABŞ xüsusi təyinatlıları Liviyada ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensin Benqazidə öldürülməsini təşkil edən şəxsi ələ keçiriblər.
Muxalifət.az xəbər verir ki, ələ keçirilən şəxsin Mustafa əl-İmam olduğu bildirilib. Liviyada əməliyyatın keçirilməsi barədə əmri şəxsən ABŞ Prezidenti Donald Tramp verib.
Əməliyyatdan sonra çıxış edən Tramp İmamın məhkəməyə çıxarılacağını bildirib.
Qeyd edək ki, Stivensin 2012-ci ilin 11 sentyabrında Benqazidə öldürülüb. İmamdan öncə bu cinayətin başqa bir təşkilatçısı sayılan Əhməd Əbu Xatallah 2014-cü ildə ələ keçirilərək ABŞ-a göndərilmiş./axar.az/