​Liviyada DİN rəsmisinə hücum: maşın partladıldı

Liviyada Daxili İşlər nazirinin müavininə sui-qəsd təşkil olunub.
Muxalifet.az xəbər verir ki, Liviya Daxili İşlər nazirinin müavini Fərac Akimin avtomobilinə bomba yüklənmiş maşınla hücum edilib. Canlı yayıma qoşulan Fərac Akim, Binqazi bölgəsinin şərqində hücuma məruz qaldıqlarını bildirib:
“Səhhətim yaxşıdır. Ancaq hücum nəticəsində təhlükəsizlik qüvvələrindən 4 nəfər yaralanıb”.
Binqazi Kəşfiyyat Komandiri Salah Bulqayb isə sui-qəsdi general Xəlifə Hafterin təşkil etdiyini deyib.