Liviya Milli Razılıq Hökumətinin başçısı Ərdoğanla görüşəcək

Baxış sayı:
1930

Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Saraj Türkiyəyə səfər edəcək.

“Report” bildirir ki, səfər bu gün baş tutacaq. Onun İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.

Görüş Liviyada münaqişə edən tərəflər arasında atəşkəsin elan edilməsi fonunda keçiriləcək.

Qeyd edək ki, BMT Faiz Sarajı Milli Razılıq Hökumətinin başçısı kimi tanıyıb.