Liviya MBH rəsmisi:"Liviya küçələri türkləri sevinclə qarşıladı"

Baxış sayı:
2170

Liviyadakı qanuni hökumətin XİN rəsmisi Məhəmməd Qiblavi “Hürriyet”ə müsahibə verib.
Türkiyənin dəstəyi səbəbi ilə Haftarın işğalı altında olan ərazilərdə yaşayan insanların sevindiyini söyləyən Giblavi, Rusiyanın Liviyaya qarşı mövqeyindən də danışıb. O, Tripolinin cənubundakı bəzi hərbi nöqtələrdən Vaqnerə aid muzdlu dəstələrin geri çəkildiyi barədə məlumat əldə etdiklərini bildirdi. Amma, Haftar Rusiya və Türkiyənin mövqeyini hesaba almayaraq, hücumları davam etdirir.   
Türkiyə və Liviyadaki MBH arasında olan əməkdaşlıq çərçivəsində türk əsgəri bölgəyə hərbi təlim və məsləhətləşmə üçün köçürülməyə başladı. Liviya küçələri Türkiyəni sevinclə qarşıladı.
MBH Türkiyəyə minnətdardır. Tripolinin onlar üçün “qırmızı xətt” olduğunu açıqlayaraq, Əlcəzairin də köməyini gözləyirik və bu mövzuda ümidliyik. Liviyada Haftarın tərəfində Fransa, Misir, İordaniya, BƏƏ, Sudan və Çaddan gələn muzdlular vuruşur. Türkiyənin yardımı ilə qısa vaxt ərzində bu müharibədən qalib çıxacağımıza inanırıq.
Rusiya ilə rabitə əlaqələrimiz var. Hökumətimizin əlində muzdlu Vaqner döyüşçülərinin Tripolinin cənubunda Haftar ordusu ilə bir yerdə döyüşdüyünə aid dəlillər var. Bu yaxınlarda Tripolinin cənubundakı bəzi bölgələrdən rus muzdlularının geri çəkildiyi barədə məlumatlar aldıq. Əgər həqiqətən belədirsə, bu Rusiyanın MBH hökumətinə qarşı atılan müsbət addımdır.

Muxalifet.az