Liviya ilə bağlı mətn hazırlandı, Haftar vaxt istədi - ÇAVUŞOĞLUDAN AÇIQLAMA

Baxış sayı:
2320

Liviyada atəşkəslə bağlı bir mətn hazırlamışıq.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN başçısı vurğulayıb ki, Haftar hazırlanan atəşkəs mətni ilə bağlı sabaha qədər vaxt istəyib.

Çavuşoğlu Liviyada atəşkəslə bağlı Rusiya ilə birgə işlərin davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyənin təşəbbüsü ilə Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac görüşüb..