“Liverpul” qarşısıalınmaz görünür" - Qvardiola

Baxış sayı:
19144

“Liverpul” qarşısıalınmaz görünür. Mənim komandam həmişə sona qədər savaşır, ancaq rəqibimiz bizdən güclü olanda bunu qəbul etməyi də bacarırıq".
Muxalifet.az
xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Britaniya mətbuatına açıqlamasında deyib.
Lider "Liverpul"la aralarındakı çempionluq mübarizəsindən danışan ispaniyalı mütəxəssis sona qədər mübarizə aparacaqlarını bildirib: "Çempionluq əlimizdən çıxsa, növbəti mövsüm yenidən buna cəhd edəcəyik. “Mançester Siti” çempionluq şansını itirsə, bu, klubun 100 illik tarixində ilk olmayacaq. Bu mübarizədə uduzsaq, futboldan getməyəcəm, ancaq ruh düşkünlüyü olacaq”.
Qeyd edək ki, 13 turdan sonra 28 xalla 3-cü pillədə qərarlaşan “Mançester Siti” lider “Liverpul”dan 9 xal geri qalır.