​Livanın baş naziri istefa verdi

Livanın baş naziri Saad əl Həriri istefa verib.
Muxalifet.az Hürriyyət-ə istinadən məlumat verir ki, o, istefa açıqlamasında İran kəskin tənqid edib.
Həriri bildirib ki, Livandakı hazırkı vəziyyət atası, keçmiş baş nazir Rəfiq Həririnin öldürüldüyü dönəmlə bənzərlik təşkil edir. O, həyatının təhlükədə olduğunu hiss etdiyini vurğulayıb.
Saad əl Həriri rəsmi Tehranı ərəb dövlətləri arasındakı münasibətlərə müdaxilə etməkdə ittiham edib.