Livanın baş naziri Həriridən BÖLGƏNİ QARIŞDIRACAQ AÇIQLAMA

Livanın baş naziri Həriri," Hizbullahın silahlarına qarşı həll Livanın daxilində  deyil, regional olmalıdır. Bu səbəblə biz, məsələ ilə bağlı heç bir şey edə bilmərik" deyə, fikir bildirib. Səudiyyə Ərəbistanına haqq qazandırdığını qeyd edən Həriri, "Xüsusilə Hizbullah, bölgənin və körfəzin sabitliyi ilə oynayarkən, buna qarşı tədbirin görülməsi onların (Səudiyyə Ərəbistanı) haqqıdır" deyib.
 
Livanın baş naziri Səad Həriri, Səudiyyə Ərəbistanında nəşr olunan bir jurnala verdiyi müsahibədə İranın Hizbullahın əli ilə Livanın sabitliyini pozduğunu vurğulayaraq, "Hizbullahın silahlarına qarşı həllin Livanın daxilində deyil, regional olmalıdır. Bu səbəblə biz, məsələ ilə bağlı heç bir şey edə bilmərik" deyə, söyləyib.
Həriri, "Hizbullahın ölkəni idarə etməklə bağlı bir qabiliyyəti yoxdur. Hizbullahın gücü, İranın verdiyi silahlardan gəlir" deyib.
İran prezidenti Həsən Ruhaninin, Livanda İranın daxil olmadığı heç bir məsələdə qərarın qəbul edilməyəcəyi istiqamətindəki açıqlamalarına reaksiya verən Həriri, "Ruhani, bizim Livanda görmək istədiklərimizə qarışa bilməz” deyə, bildirib.
Səudiyyə Ərəbistanının İran və Hizbullaha qarşı sərt açıqlamalarını anladığını və haqq verdiyini qeyd edən Həriri, "Xüsusilə Hizbullah, bölgənin və körfəzin sabitliyi ilə oynayarkən, buna qarşı tədbir görmələri onların (Səudiyyə Ərəbistanı) haqqıdır" deyə, İranı qızdıracaq açıqlama verib.
Suriyada davam edən müharibə ilə bağlı münasibət bildirən Həriri, Rusiyanın Suriyaya müdaxilə etmə qərarı almasının Bəşər Əsədin devrilməsi ilə bir əlaqəsinin olmadığını bildirib. Onun fikrincə, İran Suriyada müvəffəq olmayınca, Ruslardan müdaxilə etməsini tələb edib.
 
 Hizbullahın terror təşkilatı elan edilməsi
 
Qeyd edək ki, Misirin paytaxtı Qahirədə 19 noyabrda keçirilən Ərəb Birliyi Xarici İşlər Nazirlərinin Fövqəladə Toplantısının yekun bəyannaməsində Hizbullah "terrorçu təşkilat" elan edilmiş, Livan isə qərara etiraz etmişdi.
Yerli və beynəlxalq media qurumlarına verdiyi müxtəlif açıqlamalarla, Livanın regiondakı münaqişələrdən uzaq dayanmasnını lazım olduğunu vurğulayan Həriri, Hizbullah təşkilatını Ərəb ölkələrinin daxili işlərinə qarışmaqla ittiham edərək tənqid etmişdi.
İran prezidenti Ruhani ötən ay qatıldığı bir televiziya proqramında, "İranın hazırda bölgədəki rolu və təsiri keçmişə görə daha güclüdür. İranın mövqeyini nəzərə almadan İraq, Suriya, Livan və İran Körfəzində həlledici qərar vermək mümkün deyil" deyə, fikir bildirmişdi.
Müxalifət.az