Livandan ŞOK İDDİA: BAŞ NAZİR HARİRİ SƏUDİYYƏDƏ ZORLA SAXLANILIR

“Reuters” xəbər agentliyi, keçdiyimiz günlərdə istefa verdiyini açıqlayan Livanın baş nazir Haririnin ölkəsinə qayıtmaq üçün Səudiyyə Ərəbistanı tərəfindən əngəlləndiyini iddia edib. Livan prezidenti Misella Ovun, Haririnin istefasındakı sirri ortaya çıxarmaq üçün diplomatik yollara əl atacağını açıqlayıb.
 
Livanlı bir yüksək səviyyəli hökumət rəsmisinin “Reyters”ə verdiyi açıqlamaya görə, Səudiyyə Ərəbistanı ötən günlərdə istefa edən Livan baş naziri Saad Haririni zorla saxlayır.
Hökumət rəsmisi, Haririnin Livana qayıtması üçün beynəlxalq ictimaiyyətin təzyiq etməsinin lazım olduğunu söyləyib.
Hariri, ötən şənbə günü getdiyi ər-Riyadda istefa verdiyini açıqlamış və can təhlükəsizliyini buna əsas səbəb kimi göstərmişdi.
Səudiyyə Ərəbistanının xarici işlər naziri, Haririnin ölkəni tərk etməkdə azad olduğunu açıqlasa da, Hariri Beyruta hələ də qayıtmayıb.
İstefasının ardından Birləşmiş Ərəb Əmirliklərinə də gedən Hariri, sonra yenidən ər-Riyada qayıdıb.
Bundan başqa, “Al Manar” televiziyası, prezident Misella Ovunun keçmiş baş nazir Haririnin istefasının üzərindəki sirri gün üzünə çıxarmaq üçün diplomatik yollara baş vuracağını açıqlayıb. Prezident Ovun məsələ ilə bağlı araşdırmasında diplomatlardan kömək istəyib.
Qeyd edək ki, bu məlumatların doğru olub, olmaması hələlik bir müşkül olaraq qalır. Çünki regionda maraqlı və qarşıduran tərəflər arasında intensiv bir informasiya savaşı yaşanır. Bu baxımdan, “Reyters”in yaydığı bu məlumat ilk deyil. Bu yöndə ilk informasiya baş nazir Hariri ər-Riyadda istefa açıqlamasından sonra İran tərəfindən gəlmişdi. İran iddia edirdi ki, Hariri ər-Riyadda zorla saxlanılır və bununla da fikir yaratmaq istəyirdi ki, sanki baş nazir istefa səbəbi olaraq İran və Hizbullahı ittiham etməsi özünün ağlının məhsulu deyil, kənardan ona zorla təqdim olunub. O da gerçəkdir ki, Livanda İranın dəstəklədiyi Hizbullah çox böyük təsir imkanlarına malikdir və bu yöndə hakimiyyətin istənilən qollarında çalışan adamları mövcuddur. Və “Reyters”ə hökümət adamları adından verilən “məxfi” informasiya da məhz İranın maraqları çərçivəsində ola bilər.
Ayrıca, Həriri ər-Riyaddan BƏƏ-nə də səfər edib, orada Səudiyyənin Vəliəhd Şahzadəsinin “ağıl hocası” olan BƏƏ –nin Vəliəhd Şahzadəsi ilə görüşüb. Bu faktın özü də göstərir ki, ortada Haririnin zorla saxlanması faktından daha ciddi hadisələr yaşanır, planlar cızılır və bunun yaxınlarda həyata keçirilməsi prosesi başlanacaq. Və bu müddətə qədər də Hariri təhlükəsizlik baxımından Səudiyyədə qalmaqda davam edəcək.
Bundan başqa, Hariri deyək ki, Səudiyyədə zorla saxlanılır. Bəs onda baş nazirin öz xoşuna Səudiyyəyə getməsini necə açıqlayacaqlar? Axı Haririnin bu səfərə çıxması üçün ciddi səbəbləri yox idisə, onda niyə hakimiyyətə gəlməmişdən öncə küsülü olduğu Səud rejiminin paytaxtına səfər edirdi? Demək ki, ortada razılaşdırılmaş məqamlar vardır və bu, tezliklə gün işığına çıxacaq. Və bu kontekstdə İsrailin tezliklə Livanda Hizbullaha qarşı hərbi əməliyyatlara başlaması, bu təşkilatı tam zərərsizləşdirəndən sonra Haririnin bir prezident olaraq Beyruta qayıdacağı haqda yayılan plan və informasiyaları da gözardı etmək lazım deyil. Doğrudur informasiya kirliliyi var, amma tezliklə bunun qoxusunun çıxacağı təkzib olunmazdır. Çünki cidanı çuvalda gizlətmək olmur.
Müxalifət.az