Livandan Ermənistana 100-dən çox erməni gətirildi

Baxış sayı:
400

Livandan Ermənistana 100-dən çox erməni mənşəli şəxs gətirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Livana humanitar yardım aparan təyyarələrlə Ermənistana 100-dən çox erməni gəlib.

N.Paşinyan qeyd edib ki, iki təyyarə daha öncə, üçüncüsü isə bir neçə saat əvvəl hava limanına enib.